03 mart 2025 18:35
111

Fransa siyasətçiləri Makronun TƏKLİFİNƏ QARŞI ÇIXIBLAR

Fransanın sağyönümlü partiyalarının liderləri prezident Emmanuel Makronun ümumAvropa nüvə çəkindirmə qüvvələrinin yaradılması təklifinə qarşı çıxıblar.

“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.

"Biz "qırmızı düymə"ni bölüşmək ideyasına tamamilə qarşıyıq, söhbət bizim milli suverenliyimizdən gedir", - ultrasağçı "Milli birlik" partiyasının lideri Jordan Bardell bildirib.

Ötən gün bu partiyanın parlamentdəki fraksiyasının rəhbəri Marin Le Pen də bu fikri dəstəkləyib.

Bununla yanaşı, "Respublikaçılar" partiyasının sədri Loran Vokye hesab edib ki, Fransa "qırmızı düyməni" bölüşməməlidir.