Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) milli enerji şirkətinə çevrilməyi hədəfləyir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində keçirilən “Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə SOCAR vitse-prezidentinin müavini Teymur Quliyev deyib.
Teymur Quliyev bildirib ki, bugün SOCAR daha çox ənənəvi neft və qaz şirkətidir: "Ancaq növbəti 10 ildə məqsəd qoymuşuq ki, SOCAR böyük milli enerji şirkətinə çevrilsin və 2050-ci ildə artıq yerli, regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkəti olaq. Bizim hdəflərimiz yalnız 2050-ə qədər deyil, ortamüddətli hədəflərimiz də var”.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb