Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) artıq emissiyalarının bir hissəsini dronlar və peyklərin köməyi ilə ölçməyə başlayıb.
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, xüsusilə dənizdəki neft-qaz platformalarında və uzunməsafəli boru kəmərlərində emissiyaların əl alətləri ilə ölçülməsi effektiv deyil və praktiki baxımdan çətinlik yaradır: "Dronlar və peyk avadanlıqlarından istifadə etməklə bu proses xeyli asanlaşdırılıb və xərclər azaldılıb".
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb