Azərbaycanda torium reaktorları ilə bağlı dövlət proqramının hazırlanmasına başlanılıb.
“İki sahil” xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib.
Onun sözlərinə görə, dünyada əsasən uran reaktorları geniş yayılıb: "Bunun səbəbi bəzi güclərin uranın alternativ məqsədlər üçün istifadəsini mümkün hesab etməsidir. Hazırda dünyada demək olar ki, torium reaktorları mövcud deyil. Lakin Azərbaycanda bu sahə üzrə dövlət proqramının hazırlanmasına start verilib".
Qeyd edək ki, Çin 2030-cu ildən sonra quracağı torium reaktorlarını kommersiya məqsədləri üçün işlətməyi planlaşdırır və onların 100 meqavat və ya daha çox istehsal etməyi hədəfləyir. Çinin torium yataqları ölkənin gələcək 20 min il ərzində enerji ehtiyacını ödəmək üçün kifayət edir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb