Bu ilin oktyabr ayında Azərbaycanda Mərkəzi Baltik regional biznes forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Latviyanın Ticarət və Sənaye Palatasının Avropa İttifaqı layihələri üzrə departament direktoru Liqa Siçeva bu gün “LEF Network Azerbaijan” çərçivəsində təşkil olunmuş "Mərkəzi Baltik və Azərbaycan" biznes forumunda bildirib.
"Bu, “LEF Network Azerbaijan” çərçivəsində Azərbaycanda son tədbir olacaq. Oktyabrda Bakıda keçiriləcək forum möhtəşəm olacaq və müxtəlif ölkələrdən biznes nümayəndələrini bir araya gətirəcək", - o qeyd edib.
L.Siçeva əlavə edib ki, bu il həmçinin Estoniya və Finlandiyada iki səfər missiyası və iki biznes forumu təşkil olunacaq: “Beləliklə, bu il üçün proqram kifayət qədər zəngindir və ümid edirik ki, əla nəticələr verəcək”.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb