Orta Dəhliz ilə bağlı aparılan işlər nəticəsində bu marşrut güclənir. Orta Dəhlizin önəmli tərəfi ondan ibarətdir ki, Çin malları Avropaya, Avropa malları isə Çinə təhlükəsiz şəkildə çatdırılır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Türkiyə Dövlət Dəmir Yollarının - “TCDD taşımacılık” şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Ufuk Yalçın bildirib.
Onun sözlərinə görə, dəhliz vasitəsilə daşınan yüklərin həcminin bu il 2,5 milyon tona qədər artırılması planlaşdırılır: “Bununla yanaşı Orta Dəhliz vasitəsilə daşınan konteynerlərin sayı 96 minə çatdırılacaq”.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb