İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etməkdə maraqlıdır.
“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı qolkiperin kamerunlu Andre Onananı əvəzləməsini istəyir.
Mançester təmsilçisi ukraynalını növbəti mövsüm heyətində görmək niyyətindədir.
Qeyd edək ki, A.Lunin cari mövsüm "Real"da 9 oyun keçirib və 12 qol buraxıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.