“Global DTC Pte Ltd” şirkətinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üçün hazırladığı rəqəmsal platforma rəsmi şəkildə istifadəyə verilib.
“İki sahil” xəbər verir ki, bunu şirkətin baş direktorunun müavini Alua Satıbaldiyeva "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.
"Biz Asiya və Avropa arasında yük daşımalarını asanlaşdırmaq məqsədilə ticarət dəhlizi üçün rəqəmsal platforma yaratmışıq. Platformamızın əsas funksiyaları marşrutun bütün iştirakçıları üçün kollaborativ ekosistem formalaşdırmaq, elektron gömrük rəsmiləşdirilməsini dəstəkləməkdən ibarətdir. Bura həmçinin tarif və sifarişlərin idarə edilməsi modulu, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, real vaxt rejimində konteynerlərin izlənilməsi və monitorinqi sistemi daxildir", - o bildirib.
Baş direktor müavininin sözlərinə görə, indi ekspeditorlar, yükgöndərənlər və alıcılar onların nömrələrini sistemə daxil etməklə öz konteynerlərinin yerini izləyə biləcəklər: “Bu, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçən bütün marşrut üzrə daşımaların şəffaflığını təmin edəcək”.
A.Satıbaldiyeva əlavə edib ki, şirkət artıq platformanı Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu sistemləri ilə inteqrasiya edib.
"Qarşıdakı planlara Aktau limanı ilə inteqrasiyanın başa çatdırılması daxildir ki, bu da konteynerlərin statusunu və gecikmələrin səbəblərini izləməyə imkan verəcək. Növbəti mərhələ Azərbaycanda Ələt limanının qoşulması, eləcə də Gürcüstanın bütün terminallarını birləşdirəcək milli liman sistemi ilə inteqrasiya olacaq", - o bildirib.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb