04 mart 2025 19:54
102

"Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib

Futbol üzrə Misli Premyer Liqasının XXV turunda "Zirə" səfərdə "Turan Tovuz"a qalib gəlib.

“İki sahil” xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Paytaxt təmsilçisinin heyətində Qismət Alıyev (5,p) və İssa Cibrila (56) fərqləniblər.

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv 42 xalla 4-cü, "qartallar" isə 48 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.