05 mart 2025 09:40
172

ABL: “Şəki” “Ordu” ilə, “Quba” “Gəncə” ilə qarşılaşacaq

Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, hər iki görüş B qrupunda keçiriləcək.

“Şəki” evdə “Ordu” ilə qarşılaşacaq. Matça Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start veriləcək. Meydan sahibləri hazırda qrupda ikinci, “Ordu” isə üçüncüdür. Hər iki komandanın 26 xalı var.

Turun son qarşılaşması “Sərhədçi” İdman Mərkəzində gerçəkləşəcək. “Quba” “Gəncə”ni qəbul edəcək. Matçın start fiti saat 19:00-da səsləndiriləcək. “Gəncə” hazırda 26 xalla qrup lideridir. Sonuncu - 6-cı olan “Quba”nın 19 xalı var.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" "Sərhədçi"ni 89:73, "Sumqayıt" "Lənkəran"ı 88:83, NTD isə “Abşeron”u 98:85 hesabı ilə məğlub edib.