06 mart 2025 09:42
103

Avropa Liqası: "Fənərbaxça" 1/8 finalın ilk oyununa çıxır

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçiriləcək.

Türkiyə "Fənərbaxça"sı İstanbulda "Reyncers"lə (Niderland) qarşılaşacaq.

"Tottenhem" Niderlandda "AZ Alkmaar"ın qonağı olacaq.  FCSB "Lion"u qəbul edəcək. "Mançester Yunayted" "Real Sosyedad"la səfər görüşünə çıxacaq. "Roma" "Atletik"lə üz-üzə gələcək. "Ayaks" "Ayntraxt"ın qüvvəsini sınayacaq. "Budo Qlimt" "Olimpiakos"la qarşılaşacaq. "Viktoriya" isə "Latsio"nu qəbul edəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab matçları martın 13-də keçiriləcək.

Avropa Liqası,

1/8 final,

ilk oyunlar

21:45. "AZ Alkmaar" (Niderland) - "Tottenhem" (İngiltərə)

21:45. FCSB (Rumıniya) - "Lion" (Fransa)

21:45. "Fənərbaxça" (Türkiyə) - "Reyncers" (Şotlandiya)

21:45. "Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Roma" (İtaliya) - "Atletik" (İspaniya)

00:00. "Ayaks" (Niderland) - "Ayntraxt" (Almaniya)

00:00. "Budo Qlimt" (Norveç) - "Olimpiakos" (Yunanıstan)

00:00. "Viktoriya" (Çexiya) - "Latsio" (İtaliya)