Fransa "Lion"unun baş məşqçisi Paulo Fonseka ağır cəza ilə üzləşib.
"İki sahil" Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 9 ay müddətinə futboldan kənarlaşdırılıb.
Fonseka Liqa 1-in 24-cü turunda "Brest"lə matçın 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan baş hakim Benoit Milyoya sərt reaksiya göstərib.
Həmin vaxt referi Fonsekanı qırmızı vərəqə ilə cəzalandırıb. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum edib. Onu futbolçular sakitləşdiriblər.
Həmçinin ona paltardəyişmə otağına daxil olmaq və futbol fəaliyyəti ilə bağlı rəsmi tədbirlərə qatılmaq qadağan olunub.
Qeyd edək ki, Fonseka bu ilin yanvar ayının 31-də "Lion"a baş məşqçi təyin olunub.