İctimai-siyasi xadim Qənirə Paşayevanın xatirəsinə həsr olunan qadınlar arasında beynəlxalq şahmat turnirinin qalibi bəlli olub.
“İki sahil” xəbər verir ki, rapid və blits üzrə təşkil edilən yarışda Bolqarıstan təmsilçisi Nurgül Səlimova 25 xalla birinci yeri tutub.
İki yarışın cəmində 22 xal toplayan Xanım Balacayeva ikinci olub. İlk "üçlüy"ü 20 xalla Gövhər Beydullayeva qapayıb.
Qeyd edək ki, turnir Azərbaycan Şahmat Federasiyası və “Məmmədyarovlar” şahmat məktəbinin təşkilatçılığı, “Nəfəs” İctimai Birliyinin baş sponsorluğu ilə keçirilib.