Bu il keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində paddokun yenidən qurulmasına başlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Paddok həmişəki kimi Neftçilər prospekti, Hökümət evinin qarşısında quraşdırılır.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti piyadaların və sürücülərin ehtiyatlı olmalarını xahiş edir, şəhər sakinlərinə göstərdikləri anlayışa görə təşəkkürünü bildirir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.