09 mart 2025 20:11
103

Ursula von der Lyayen: Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir

Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Lyayen Brüsseldə mətbuat konfransında deyib.

"Qarşımızda duran çağırışlara cavab vermək üçün hazırlıq rejiminə keçməliyik", - deyə o bildirib.

"Yaxın həftələrdə mən Avropa Komissiyasının Müdafiə Kollegiyasının ilk iclasını cağıracam. Avropa Komissiyasının üzvləri indi təhlükəsizliklə bağlı hadisələrlə bağlı müntəzəm olaraq yeniliklər alacaqlar", - deyə o qeyd edib.

Onun sözlərinə görə, hərbi təhlükəsizlik kontekstində təkcə xarici siyasət və polis məsələləri deyil, həm də enerji, tədqiqat və ticarət, o cümlədən kibertəhlükəsizlik və xarici müdaxilələrə qarşı mübarizə məsələləri də nəzərdən keçiriləcək.