10 mart 2025 08:40
116

MPL: “Sumqayıt” “Kəpəz”i, “Neftçi” “Turan Tovuz”u qonaq edəcək

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

İki sahil”in məlumatına görə, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə "Sumqayıt" "Kəpəz"i qəbul edəcək.

Yarış saat 17:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Günün son oyununda "Turan Tovuz" "Neftçi"nin qonağı olacaq. "Neftçi Arena"da keçiriləcək müsabiqə 19:30-da başlayacaq.

Misli Premyer Liqası,

26-cı tur

10 mart

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

19:30. “Neftçi” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

"Neftçi Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”