11 mart 2025 00:58
117

Utanmaz oğlu utanmaz...

İnsan nə qədər abırsiz-həyasız olmalıdır ki, mətbuatda onu belə adlandırsınlar. Ancaq Rusiya Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin bunun fərqində deyil. Daşnaklar sakitləşsələr də bu adam durmaq bilmir. Zatulinin Ermənistanda arzuolunmaz şəxs kimi ölkə ərazisinə girişi qadağan olunsa da yiyəsiz tula kimi ermənilərin ayaqlarını yalamaq üçün hər bir istiqamətdən soxulmağa cəhd edir. 

Bu gün hay tarixçi alimlərin etmədiyi qələtləri Zatulin etməyə çalışır. Bu günlərdə o, haylara yazdığı qədim “tarixdən” bir səhifə oxuyub. Deyir ki, hayların  V əsrdə tikdikləri Amaras monastrını azərbaycanlılar Alban monastrı adlandırırlar. Az qala deyir ki, Amarası İsanın Qafqazdakı həvariləri tikiblər. Pul üçün arını yeyib namusunu atmış bu yarımçıq adam iddia edir ki, V əsrdə Qafqazda Azərbaycan dövləti və azərbaycanlılar olmayıb! Guya azərbaycanlılar indiki Azərbaycan ərazisinə cəmi bir neçə yüz il bundan əvvəl gəliblər. Bu, artıq həyasızlığın axırıncı nöqtəsidir. Çox sırtıq adamlar görmüşük, amma Zatulin hamını geridə qoyub. Şübhəsiz ki, bunun qanı qarışıqdır, axı ermənilər  yaşayan vilayətdə doğulub. Çünki haylar da tarixən eynilə Zatulin kimi dünyanın ən axırıncı əməlləri ilə məşğul olublar və yenə də olurlar. Özü də bunu gizlətmirlər də.

Urəyi soyumayan Konstantin Zatulin uydurur ki, Bakı “günahsız” və “yazııq” erməniləri həbsdə saxlayaraq onların üzərində məhkəmə qurub. Yaramaza baxın, minlərlə günahsız Azərbaycan vətəndaşını, uşaqları, qadınları, qocaları, xəstələri öz evində, doğma yurdunda soyqırıma məruz qoyanlara, silahlanıb zorla ərazimizin 20 faizini işğal edənlərə, müqəddəs yerlərimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı, bir sözlə, tariximizi və mədəniyyətimizi dağıdıb viran qoyanlara, ölkəyə yüz milyardlarla ziyan vuranlara utanmadan qahmar çıxır. Halbuki separatçılar məhkəmədə törətdikləri qırğınları və digər saysız-hesabsız cinayətləri etiraf etmişlər. Ancaq Rusiya Dumasının üzqarası Zatulin terrorçu erməniləri aydan-arı, sudan quru qələmə verir. Erməni tulası! Ona yalnız belə ad yaraşır.

Zatulin Azərbaycan ərazisində ikinci erməni dövləti qondarmaq niyyətinə düşənlərə haqq qazandıraraq gəvəzələyir ki, Bakıda ittiham olunanalar dərhal azadlığa buraxılmalıdırlar, onlar erməni sürüsünün qəhrəmanlarıdır. O yazıqlar nə ediblər ki? Yalnız  ikinci dəfə öz müqəddəratlarını təyin etmək istəyiblər. 80-100 min erməninin bir dövləti olmalıdır, ya yox?

Belə olan surətdə biz də dişiqanlı cəlladdan tələb edirik ki, ucu-bucağı olmayan Rusiya ərazisində yeni bir erməni dövləti qurmaq üçün yer versinlər. Orada öz dediklərinə görə 2 milyon erməni yaşayır. Axı, vaxtilə Rusiya imperiyasının işğal etdiyi xırda xalqlara məxsus geniş ərazilərdə on beş-iyirmi erməni dövləti qurmaq olar. Bu utanmaz oğlu utanmaz elə danışır ki, sanki qondardıqları Ermənistan bizimlə deyil, biz Ermənistanla ərazi bölürük. Maraqlıdır ki, bu sarsağın fikirləri Rusiyanın rəhbərlərinin siyasəti ilə üst-üstə düşür, yoxsa bir fərdin mövqeyidir? İllərdir ki, Zatulin Azərbaycan xalqını hədələyir, şantal, təhdid və təhqir edir. Bəyəm Dumanın və dövlətin rəhbərlərinin bundan xəbərləri yoxdur? Ermənistan Rusiyanı saymazlıqla ataraq Avropaya üz tutduğu halda Zatulin kimi avantüristlər daha hansı təhqirləri qəbul edəcəklər, onu demək çətindir. İtə təpinəndə küsüb gedir. Ancaq elə adamcıqlar var ki, bütöv bir xalq və yarındığı  toplum üzünə tüpürür, ancaq o həyasızlığına salıb ermənilərin çəkmələrini yalamaqda  davam edirlər. Lap haqqında nifrətlə danışdığımız Konstantin Zatulin kimi.

Vəli İlyasov, “İki sahil”