Slovakiyalı deputat Lubos Blaqa Krımın və Donbassın Rusiyanın tərkibində qalacağına əminliyini ifadə edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə TASS-a bildirib.
“Ukraynanın heç bir resursu yoxdur. ABŞ-ın dəstəyi olmadan onun öz ərazilərini saxlaya bilməsi mümkün deyil”, - deyə, o, TASS ilə söhbətində deyib.
Blaqa aydınlaşdırıb ki, Kiyev Krımı və Donbası itirib, amma döyüş meydanında uğuru yoxdur.
O, Vladimir Zelenskinin “Rusiyanın tamamilə geri çəkilməsi” yolu ilə sülhün bərqərar olması ilə bağlı sözlərini xatırladıb. Avropa Parlamentinin deputatı qeyd edib ki, bu, mümkün deyil.
"Rusiya öz məqsədinə doğru inamla irəliləyir və Avropanın danışıqlar üçün "kozırları" yoxdur"-deyə o, qeyd edib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio demişdi ki, Ukrayna münaqişənin istənilən sülh yolu ilə həlli çərçivəsində ərazi güzəştlərinə getməli olacaq.