Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlarda Ukrayna Aİ-dən yardım gözləmək üçün vaxt qazanmağa çalışacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” ekspertlərə və Ukraynanın keçmiş hökumət rəsmilərinə istinadla məlumat yayıb.
“Ukraynanın Birləşmiş Ştatlarla danışıqlarda daha geniş məqsədi, Tramp dövründə Amerikanın Rusiyaya geosiyasi yaxınlaşması fonunda hərbi potensiala mənfi təsirini azaltmaqdır. Bu, Avropa ölkələrinə yardımı artırmaq üçün vaxt qazandıra bilər”, - deyə, məqalə müəllifləri qeyd edirlər.
Qəzetin mənbəsi qeyd edib ki, Ukrayna havada və dənizdə atəşkəs ideyasını təcrübə kimi nəzərdən keçirir. Kiyev nümayəndə heyəti amerikalı həmkarlarından Rusiyanın bu məsələdə mövqeyini başa düşüb-düşmədiklərini soruşmaq istəyir.
Bundan əvvəl “Financial Times” yazıb ki, Ukrayna ABŞ-la danışıqlarda qismən atəşkəs rejimini müzakirə etmək niyyətindədir.