11 mart 2025 13:57
145

ATƏT-in məqsəd və prinsiplərinə məhəl qoyulmur - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ilkin məqsəd və prinsipləri kobud şəkildə pozulur və onlara məhəl qoyulmur.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Lavrov Moskvada səfərdə olan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşündə təşkilatın böhranı, NATO ölkələri və Avropa İttifaqının fəaliyyəti ilə bağlı müzakirələr aparır.

"Təşkilatın yaradılmasının bütün ilkin məqsədləri və konsensusla razılaşmaya əsaslanan prinsiplər indi kobud şəkildə pozulur və onlara məhəl qoyulmur. Təşkilat Helsinki Yekun Aktının 50-ci ildönümünə NATO və Aİ ölkələri tərəfindən sürükləndiyi çox dərin böhran şəraitində yaxınlaşıb", - deyə, Lavrov danışıqların əvvəlində deyib.