Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Ukraynada münaqişənin qarşısının alınmasında rol oynamaq imkanı var idi, lakin bunu etmədi.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ATƏT-in böyük problemləri var: "O, xüsusi hərbi əməliyyat üçün şəraitin yaradılmasının qarşısını almaqda heç bir rol oynamayıb, baxmayaraq ki, bunu edə bilərdi".