Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının II seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, B Liqasının II qrupunda yer alan komanda Lüksemburqla üz-üzə gələcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı albaniyalı baş hakim Eqlantina Pyetruşaj idarə edəcək. Matç saat 16:00-da başlayacaq.
Qrupun digər oyununda, saat 11:00-da isə Bolqarıstan və Malta milliləri üz-üzə gələcək.
Qeyd edək ki, qrupun bütün oyunları Bakıda keçiriləcək.