İspaniyanın "Barselona" klubunun hücumçusu Lamin Yamal UEFA Çempionlar Liqasında rekorda imza atıb.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, o, turnir tarixində 5 məhsuldar ötürmə edən ən gənc oyunçu olub.
Yamal karyerası ərzində Çempionlar Liqasında 19 matçda iştirak edib, üç qol və beş məhsuldar ötürmə ilə yadda qalıb. Əvvəlki rekord isə ingiltərəli hücumçu Teo Uolkota məxsus olub. O, eyni göstəriciyə 19 yaşında imza atmışdı.
Qeyd edək ki, L.Yamal cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 37 oyun keçirib, 12 qol vurub və 17 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 180 milyon avro qiymətləndirir.