12 mart 2025 19:22
157

Bakıda dünya çempionatının püşkü atıldı -  Azərbaycanın rəqibləri…

Azərbaycanda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Mundialda iştirak edəcək 32 komanda 8 qrupda yarışacaq.

Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub. 

Püşkatmanın nəticəsi

A qrupu
Azərbaycan
Mavritaniya
Sloveniya
Bəhreyn

B qrupu 
Rumıniya
Fransa
ÇAD
Özbəkistan

C qrupu
Macarıstan
Ukrayna
İngiltərə
Türkiyə 

D qrupu
Slovakiya
Bolqarıstan
Portuqaliya
Hindistan

E qrupu
Meksika
Monteneqro
Tayland 
Kosta-Rika

F qrupu
Qazaxıstan
ABŞ
Bosniya və Herseqovina
Polşa

G qrupu
Çexiya
Gürcüstan
BƏƏ
Argentina

H qrupu
Serbiya
Qana
İspaniya
İsrail

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda keçiriləcək. Bu, minifutbol üzrə sayca beşinci dünya çempionatı olacaq.

QOL.az