12 mart 2025 19:33
108

Millimiz Nigeriyaya məğlub olub

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi bu idman növündə inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti dəfə məğlub olub.

“İki sahil” xəbər verir ki, B qrupunda yer alan yığma Bolqarıstanın Varna şəhərində təşkil olunan turnirdə Nigeriyaya 17:29 hesabı ilə uduzub.

Ötən gün baş tutan matçda Moldova Azərbaycan millisini 33:21 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, martın 13-də yığmanın rəqibi ABŞ olacaq.