12 mart 2025 19:46
108

Luiş Nani Bakıya gəlib

Portuqaliya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Luiş Nani Bakıya gəlib.

“İki sahil” xəbər verir ki, veteran oyunçu minifutbol üzrə dünya çempionatının püşkatmasında iştirak etmək üçün qonaq qismində Azərbaycana dəvət olunub.

“Salam, Bakı. Bu möhtəşəm yarışın bir parçası olmaq çox gözəldir. Təşkilatçılara dəvət üçün təşəkkür edirəm. Hamıya uğurlar!”, - deyə Nani əlavə edib.