13 mart 2025 10:38
91

Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var

Beyləqanda ötən gün baş vermiş qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Hadisə rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə ümumilikdə 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfəri Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Trend