15 mart 2025 17:58
99

Qrossi: İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir

İranın nüvə proqramı ilə bağlı vəziyyət nisbətən sakitdir.

“İki sahil” xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.

"İranla bağlı vəziyyət AEBA-nın gündəmindədir. Ölkə malik olduğu iddialı və geniş nüvə proqramı çərçivəsində uranı demək olar ki, hərbi istifadə üçün yararlı səviyyəyə qədər zənginləşdirir. Xüsusilə Yaxın Şərqdə qeyri-sabitliyin hökm sürdüyü dövrdə AEBA-nın danışıqlardakı rolu qəti surətdə vacibdir", - o bildirib.