15 mart 2025 18:18
92

Durov Fransanı tərk edib

“Telegram”ın həmtəsisçisi Pavel Durov məhkəmənin icazəsi ilə Fransanı tərk edərək Dubaya yollanıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFP xəbər verir.

Qeyd edək ki, Durov son vaxtlar Fransada yaşayırdı və ona qarşı başladılan istintaqla əlaqədar məhkəmə nəzarəti altında idi.

P.Durov 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılmışdı. O, bir neçə gün həbsdə saxlanıldıqdan sonra 5 milyon avro girov müqabilində və həftədə iki dəfə polisə xəbər vermək öhdəliyi ilə azadlığa buraxılmışdı. Ona Fransa ərazisini tərk etmək qadağan edilmişdi.