16 mart 2025 10:40
122

AHİİTA-nın təşkil etdiyi Rapid Sistemi üzrə Tempo Turniri yekunlaşıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) təşkilatçılığı ilə keçirilən Rapid Sistemi üzrə Tempo Turniri başa çatıb.

“İki sahil” xəbər verir ki, iki kateqoriya üzrə keçirilən yarışda ümumilikdə 46 şahmatçı mübarizə aparıb:

Dərəcəsiz oyunçular - 7 turdan ibarət (21 iştirakçı)

IV, III, II və daha yüksək dərəcəli oyunçular - 9 turdan ibarət (25 iştirakçı)

Dərəcəsiz oyunçular kateqoriyasında ilk altılıq:

1-ci yer: İsmayılov Rəsul

2-ci yer: Xəlilzadə Amil

3-cü yer: Həsənov Omar

4-cü yer: Heydərov Şamil

5-ci yer: Mikaberedze Nana

6-cı yer: Cabbarov Yusif

IV, III, II və daha yüksək dərəcəli oyunçular kateqoriyasında ilk yeddilik:

1-ci yer: Əliyev Fateh

2-ci yer: Dotto Amir

3-cü yer: Mehdiyev Səid

4-cü yer: Ağalı Amin

5-ci yer: İksanov Murad

6-cı yer: Əsədov Murad

7-ci yer: Rəhimli Ayxan

Qaliblərə sertifikatlar təqdim olunub.