Bu gün Azərbaycan 1-ci liqasında 26-cı tur start götürəcək.
“İki sahil” xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" 4-cü yerdəki "Zaqatala" ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
Xatırladaq ki, 1-ci liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.
1-ci liqa,
26-cı tur
15 may (cümə axşamı)
17:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Qəbələ şəhər stadionu
16 may (cümə)
17:00. “Difai” – “Cəbrayıl”
17:00. “İmişli” – “Bakı Sportinq”
17:00. MOİK – “Mingəçevir”
17:00. “Karvan” – “Qaradağ Lökbatan”