16 mart 2025 12:05
105

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi Lando Norris olub

"Formula 1" üzrə Avstraliya Qran-prisinin qalibi "Maklaren"in pilotu Lando Norris olub.

“İki sahil” xəbər verir ki, Melbrunda baş tutan yarışda ingiltərəli pilot 1 dəqiqə 27,126 saniyə göstərici ilə finişə hamıdan tez çatıb.

İkinci yeri "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen tutub. "Mercedes" komandasından Corc Rassell üçüncü olub.

6 pilot - Qabriel Bortoleto ("Zauber"). Liam Louson ("Red Bull"), Fernando Alonso ("Aston Martin"), İsak Hacar ("Racing Bulls"), Cek Duen ("Alpine") və Karlos Sayns ("Uilyams") isə yağışlı hava şəraitinə görə finişə çata bilməyiblər.

Qeyd edək ki, L.Norris ötən gün Qran-pridə sıralama turunu da birinci pillədə bitirmişdi.