17 mart 2025 23:26
96

Su sənəyi suda sınar…

Yaxud mənəviyyat qıtlığı girdabınada boğulan Qabil Məmmədovun 29 min manatlıq, 24 maddəlik fırıldaqları

Dağıdıcı müxalifət partiyalarının saxta sənədləri ilə Qərbin müxtəlif ölkələrində məskunlaşan Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qənimət Zahid, Sevinc Osmanqızı kimilər ermənipərəst dairələrdən maliyyələşən bəzi beynəlxalq təşkilatların ayırdıqları qrantlar hesabına inrenet TV-lər yaradaraq gecə-gündüz ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparırlar. Bu üzdəniraq zombi sürüsünün respublikamızın beynəlxalq imicinə ləkə yaxmaq, ölkə daxilində sabitliyi pozmaq, feyk xəbər və məlumatlarla ictimaiyyəti çaşdırmaq üçün uzun illərdən bəri apardıqları “qara piar” kampamiyası sözün əsl mənasında fiaskoya uğrayıb.

Erməni lobbisinin və Qərbdəki bəzi anti-Azərbaycan qüvvələrin maşasına çevrilən bu yaramaz ünsürlərin siması, daha doğrusu simasızlığı artıq hamıya bəllidir. Azərbaycan əleyhdarı olan dairələrin maliyyə yardımı ilə internet TV-lər yaradıb sosial şəbəkələrdə meydan sulayan, Azərbaycan dövlətini, dövlətçiliyini, ayrı-ayrı ləyaqətli və vətənpərvər insanları hədəfə alanların əsl himayədarlarından biri də ölkə daxilindəki dağıdıcı müxalifətdir. Ortada çox ciddi faktlar var, necə deyərlər, artıq xoruzun quyruğu çoxdan görünür. Cəmiyyətin dəstəyindən məhrum olaraq marginallaşan, iddiaları ilə ambisiyaları tərs mütənasib olan dağıdıcı müxalifətin siyasi mühacir adı ilə fəaliyyət göstərən anarxistlərə dəstək verməsi artıq bir reallıqdır və hər addımda özünü büruzə verir.

Qabil Məmmədov adlı əxlaq normalarından bixəbər, səviyyəsiz, ordu sıralarında zabit kimi qulluq edərkən ayrı-ayrı şəxsləri aldadaraq onlardan müxtəlif məbləğlərdə pul alıb. Məlumatlara görə, aldatdığı şəxslərin sayı onlarla ölçülür. Vətəndaşlardan böyük məbləğdə pul toplayan Q.Məmmədov aldadıldığını başa düşən insanların “pulu geri qaytar” tələbi ilə üzləşsə də, müxtəlif bəhanələrlə vaxt uzadıb və nəticədə ölkədən qaçaraq Avropaya sığınıb. Bu üzdəniraq qısa müddətdən sonra isə “Youtube” kanalında “siyasi mühacir” qiyafəsində zühur edərək erməni lobbisinin təsiri altında olan təşkilatların sifarişi ilə Azərbaycan əleyhinə “qara piar” kampaniyası aparan milli dönüklərin sırasında özünə yer tapır.

Bu günlərdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunan Q.Məmmədova ölkəmizin Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib. Həmin məlumatda bildirilir ki, təqsirləndirilən şəxs, hazırda Alımaniyada “siyasi mühacir” həyatı yaşayan Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.

Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir. Vurğulanıb ki, Qabil Məmmədov Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir. O, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb. Həmçinin Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.

Ən maraqlısı isə odur ki, Q.Məmmədov özü kimi mənəviyyatsızlardan olan Tural Sadıqlının “Azad söz”ündə Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə (MAXE) könüllü daxil olmaq istəyən bir neçə şəxsdən pul aldığını, özünün dediyi kimi, bu işdə vasitəçilik etdiyini etiraf edib.

Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq Elşad Tofiq oğlu Məmmədovu, Məhəmməd Fazil oğlu Mirzəlini, Qurban Cəlal oğlu Məmmədovu, Tural Əlövsət oğlu Sadıqlını prokurorluğun İstintaq İdarəsinə çağırıb.

Heç kimə sir deyil ki, bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan, xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətimizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan “siyasi mühacir” kod adlı antimilli ünsürlər-Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Arif Şahmarlı, Arif Yunus kimi xəyanətkarlar erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşərək onların təlimat və tapşırıqlarını yerinə yetirirlər. Ona görə də hər birimiz bu reallıqları daha yaxşı anlamalı, ölkəmizə qarşı siyasi-ideoloji müstəvidə aparılan misli görünməmiş informasiya təxribatlarına, əsassız hücumlara yubanmadan cavab verməli, ardıcıl və məqsədli şəkildə aparılan qarayaxma kampaniyasını darmadağın etmək üçün bütün gücümüzü səfərbər etməliyik.

Daim yazırdıq ki, Qabil Məmmədov kimi antimilli ünsürlər, fırıldaqçılar, mənəviyytasızlar öz cinayətkar əməllərinə görə cavab verməlidirlər. Onu da yazırdıq ki, su sənəyi suda sınar…

Zahid Rza, “İki sahil”