18 mart 2025 13:29
121

Aİ ölkələrinin əksəriyyəti Ukraynada münaqişənin davam etdirilməsini istəyir

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, əksər Aİ ölkələri və Avropa qurumları Ukraynadakı hərbi münaqişəni davam etdirməkdə qərarlıdırlar. Onun sözlərinə görə, ittifaq üzvlərinin əksəriyyəti və Brüsselin özü müharibənin davam etdirilməsi ilə bağlı açıq öhdəlik götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Siyarto hesab edir ki, belə bir mövqe daha çox qurbanlara və dağıntılara səbəb olacaq. Nazir ümid edir ki, Avropada vətənpərvər siyasi qüvvələr gücləndikcə sülh mövqeyi də güclənəcək: "Ümid edirəm ki, prezident Trampın Rusiya ilə bu danışıqları uğurlu etmək öhdəliyi bəzi avropalıların bu prosesi pozmaq iradəsindən daha güclüdür.”