“Konsitutsiya və Suverenlik İli”nin işığında
“Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq. Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir”.
Heydər ƏLİYEV
Azərbaycan xalqının Ümummilli Lideri
Müstəqillik və suverenlik hər bir xalqın və millətin ən müqəddəs arzusudur. Çünki milli dövlətçilik milli özümüdərkin və milli kimliyin ifadəsidir. Ulu Öndər Heydər Əliyev həmişə tövsiyə edirdi ki, dilinizi itirməyin, milliyyətinizi qoruyun. Əgər bunlar varsa, deməli Vətən də var. Vətən isə millətin yer üzərindəki ünvanıdır.
Xalqın ən ali hüququ suverenlik hüquqdur. Bu hüquq xalqa verilmir, xalq özü onu mübarizələrin və bu yolda verdiyi qurbanların sayəsində əldə edir. Xalq öz suveren hüququndan istifadə edərək öz taleyinə sahib çıxır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ulu Öndər deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır.” Xalqımız bu gün öz müstəqil dövlətinə sahibdir, rəşadətli əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz isə xalqımızın milli və əvəzsiz sərvətidir.
Xalqımız ХХ əsrin sоn оnilliyində ikinci dəfə öz müstəqilliyini 18 оktyаbr 1991-ci il tаriхli “Аzərbаycаn Rеspublikаsının Dövlət Müstəqilliyi hаqqındа” Kоnstitusiyа Аktı ilə bərpa etməyə nail оldu. Lakin buna bахmаyаrаq, Коnstitusiyа Аktındа Аzərbаycаn Respublikası vətəndаşlаrının rеаl hüquq və vəzifələri, dövlətimizin mərаm və məqsədləri özünü tаm əks еtdirmirdi. Bеlə bir vəziyyətdə ölkədə Коnstitusiyа bоşluğu аçıq-аydın görünürdü. Bu tаriхi zərurət nəzərə аlınаrаq Аzərbаycаn Rеspubliкаsı Milli Məclisinin 2 mаy 1995-ci il tаriхli qərаrı ilə Аzərbаycаn хаlqının Ümummilli lidеri Hеydər Əliyеvin sədrliyi ilə 33 nəfərdən ibаrət Kоnstitusiyа Kоmissiyаsı yаrаdıldı. Kоnstitusiyа Kоmissiyаsının sədri, dahi şəxsiyyət Hеydər Əliyеv yеni, milli Коnstitusiyаnı sоn dərəcə mükəmməl bir sənəd кimi hаzırlаmаğı tövsiyə еdərək dеyirdi: "Biz еlə bir lаyihə hаzırlаmаlı və nəhаyət, еlə bir Коnstitusiyа qəbul еtməliyik ki, о, müstəqil Аzərbаycаn Rеspubliкаsının dеmоkrаtik prinsiplər əsаsındа uzun müddət sаbit yаşаmаsını təmin еdən Əsаs Qаnun, tаriхi sənəd оlsun."
Azərbaycan xalqı qanunyaradıcı prosesin bilavasitə subyekti qismində iştirak edərək 1995-ci il 12 noyabr tarixli Azərbaycan Respublikası Konstitusiyasını qəbul etməklə, respublika idarəetmə formasını seçmişdir. Qeyd olunan prinsiplərin konstitusion norma kimi təsbit edilməsi Konstitusiya çərçivəsində Azərbaycan Respublikasının demokratik quruluşuna verilən ən mühüm təminatlardan biridir.
Ölkə Konstitusiyasına əsasən suveren hüquq, bütövlükdə, Azərbaycan xalqına məxsusdur. Xalqın suverenliyi isə sərbəst və müstəqil surətdə öz müqəddəratını həll etmək və idarəetmə formasını müəyyən etməkdə ifadə olunur. Yəni, Azərbaycan xalqı kənardan heç bir təsir olmadan, azad şəkildə öz müqəddaratını həll etmişdir. Xalqın suverenliyi ümumxalq səsverməsi (referendum) və seçkilər yolu ilə həyata keçirilir. Çünki referendum və seçkilər xalq hakimiyyətinin birbaşa təzahürüdür. Demokratiyanın ən mühüm forması xalqın yaradıcı fəallığına geniş perspektivlər açan ümumxalq səsverməsidir. Bəli, “Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır. Bu iradə ümumi və bərabər seçki hüququ əsasında gizli səsvermə yolu ilə, yaxud səsvermənin azadlığını təmin edən eyni mənalı formalarda keçirilən vaxtaşırı və saxtalaşdırılmamış seçkilərdə öz ifadəsini tapçalıdır”. Bu müddəalar isə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarından biridir.
Azərbaycan Respublikası Konstitutsiyasının Preambulasında qeyd olunuan “Azərbaycan xalqı... suveren hüququndan istifadə edərək, təntənəli surətdə... niyyətlərini bəyan edir” müddəasına gəlincə, Azərbaycan xalqının sərbəst və müstəqil öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək hüququnu həyata keçirərək böyük ifixarla gələcək üçün yaxın və uzaq perspektivlərdə Azərbaycan naminə reallaşdırmaq istədiyi konkret niyyətləri əks etdirir: Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq. Bu müddəa isə ölkəmizin beynəlxalq hüququn müstəqil subyekti kimi dünya dövlətləri birliyində daimi olaraq öz yerini saxlaması və daha da möhkəmləndirilməsi, eləcə də Azərbaycan xaqının öz ərazisinin müstəsna hüquqlu sahibi olmasının ifadəsidir.
Ümummilli Lider Heydər Əliyev qeyd edirdi: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik.” Bəli, Ulu Öndərin bu müddəaları ölkə Konstitusiyasına da yansımışdır. Belə ki, Konstitusiyamızda nəzərdə tutulan xalqın suverenliyi prinsipinə əsasən, sərbəst və müstəqil öz müqəddaratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Məlumdur ki, mənfur qonşumuz olan Ermənistan 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirmiş və arxasına aldığı hərbi gücdən istifadə edərək respublikamızın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdi. Qərbi Azərbaycanda və işğal olunmuş torpaqlarımızda soydaşlarımıza qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə törədilmiş cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, təbii resurslarımiz talan olunmuş və XX yüzilliyin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdi. Düşmənin yeni işğalçılıq siyasəti və növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan Respublikası öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuş, 2023-cü il sentyabrın 19-da işğal atlındakı ərazilərimizdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmış və 23 saat davam edən bu əməliyyat həmin il sentyabrın 20-də başa çatmış və rəşadətli ordumuz qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev demişdir: “Biz öz haqqımızı, öz hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq və Qarabağda Azərbaycan Bayrağını ucaltdıq. Bu, çoxəsrlik Azərbaycan tarixinin ən parlaq səhifəsidir”.
2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa olunduğu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Bundan əlavə, Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Vətəndaşı olduğumuz Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir! “Konstitusiya və suverenlik İli” ölkəmizin tərəqqisi naminə daha geniş üfüqlər açacaqdır. Müstəqilliyin və Suverenliyin əbədi olsun, Azərbaycan!
Faiq Səfərov,
hüquqşünas,
Naxçıvan şəhəri