19 mart 2025 17:16
113

Onlar terror təşkilatına müştərək şəkildə yardım etməkdə təqsirləndirilir - Yılmaz Tunç

İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daxil olmaqla 106 nəfər cinayət məsuliyətinə cəlb olunub.

“İki sahil” "Haber Global"a istinadla xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, aparılan iki araşdırma nəticəsində 106 nəfərdən İmamoğlu daxil olmaqla 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib:

"Onlar terror təşkilatına müştərək şəkildə yardım etməkdə təqsirləndirilir".