2021-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki sənaye zonalarında investisiya portfeli 950 milyon manata yaxın olan 94 sahibkarlıq subyektinə rezidentlik verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, sözügedən dövrdə 29 müəssisə fəaliyyətə başlayıb. Rezidentlərin layihələri çərçivəsində ümumilikdə 8 868 iş yerinin yaradılması nəzərdə tutulur.
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Rəqabətin inkişafına və inhisarçılığın qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiqlənib
İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib