20 mart 2025 15:28
71

KİV: Paşinyan Rusiya ilə əməkdaşlığı bərba etməyi tapşırıb

Ermənistanın baş naziri Nikol Paşinyan son geosiyasi dəyişikliklər fonunda bütün dövlət qurumlarına rusiyalı həmkarları ilə əlaqələri və təmasları bərpa etməyi, həmçinin birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb. Nəşr qeyd edir ki, Paşinyanın mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Rusiyaya səfəri gözlənilir və Rusiya lideri ilə görüş Ermənistan hökumətinin gələcək taleyinə aydınlıq gətirəcək. Qəzet bunun Rusiyanın regiondakı mövqelərini gücləndirməsi ilə əlaqəli olduğunu vurğulayır.