21 mart 2025 00:18
142

ABŞ-nin Suriyadakı hərbi mövcudluğu Tramp üçün prioritet deyi

ABŞ hərbi qüvvələrinin Suriyada mövcudluğunu davam etdirməsi prezident Donald Trampın administrasiyası üçün prioritet deyil.

“İki sahil” TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan deyib.

“Amerika hərbçilərinin Suriyada mövcudluğunun davam etdirilməsinin Trampın prioritetləri sırasında olmadığını görürük. Amerika ictimaiyyəti ABŞ-nin Suriyada hərbi mövcudluğunu saxlamağın müdrikliyini şübhə altına almağa başlayıb. Bundan əlavə, əvvəllər Suriyada İran, Rusiya və (Suriyanın keçmiş prezidenti Bəşər) Əsəd rejimi kimi amillər var idisə, indi vəziyyət dəyişib. Prezident Tramp indi Amerika qoşunlarının mövcudluğunun davam etdirilməsinin zəruriliyinə inanmalıdır. Əgər Amerika qoşunlarını çıxarsa, bu, onlara daha ucuz başa gələcək”, - deyə o qeyd edib.

İsrailin Suriya ərazisində olması məsələsinə toxunan diplomat qeyd edib ki, rəsmi Dəməşq beynəlxalq ictimaiyyətlə birlikdə İsrail qoşunlarının gələcəkdə Suriya ərazisindən çıxarılması ilə bağlı qərar verəcək.