Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 27 min 606,2 ton meyvə-tərəvəz konservləri istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.
Hesabat dövrünə Azərbaycanda 694,7 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da, illik müqayisədə 5,6 % azdır.
Martın 1-nə ölkədə 902,6 min dekalitr meyvə şirəsi, 20 min 124,2 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 8,5 % və 0,7 % çoxdur.
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib