Sudanın paytaxtı Xartumda prezident sarayına dron hücumu olub. Pilotsuz ucuş aparatı ilə zərbə nəticəsində bir neçə nəfər ölüb.
“İki sahil” xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb. Sudan ordusunun şəxsi heyəti və KİV nümayəndələri də daxil olmaqla, bir neçə nəfərin yaralandığı da bildirilir.
Xatırladaq ki, bir neçə saat əvvəl Sudan ordusu Xartumdakı prezident sarayına nəzarəti tam ələ keçirdiklərini açıqlamışdı.