28 mart 2025 11:58
193

Myanmada yenidən zəlzələ olub, dağıntılar var

Myanmada yenidən 6,4 maqnitudalı zəlzələ olub.

“İki sahil” xəbər verir ki, Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən, yeni təkanlar maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib. Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.

Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.