21 mart 2025 17:21
94

Abazyan: Ermənistan Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd-keçid məntəqələrində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib.

“İki sahil” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nın direktoru Armen Abazyan bildirib. O xatırladıb ki, 2024-cü ilin ortalarından “Zvartnots” hava limanında nəzarət Ermənistan sərhədçilərinə verilib. Oxşar təcrübə İranla sərhəddə yerləşən “Aqarak” keçid məntəqəsində də tətbiq olunur. Bu il martın 1-dən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi də Ermənistanın idarəsinə keçib. “Hazırda başqa qərarlar yoxdur”, - Abazyan əvəzləmə prosesinin mümkün davamı ilə bağlı sualı cavablandırarkən deyib.