21 mart 2025 20:46
111

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Hindistan səfiri ilə görüşüb

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Hindistanın Yaxın Şərq ölkəsindəki səfiri İrşad Əhmədlə görüşüb.

“İki sahil” xəbər verir ki, bu barədə Hindistanın Dəməşqdəki diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Zati-aliləri cənab Elnur Şahhüseynov səfir Zati-aliləri Dr. İrşad Əhmədi ziyarət edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, – Hindistan səfirliyinin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, ayın əvvəlində Şahhüseynov Suriyanın Xarici İşlər və Mühacirlər Nazirliyi Konsulluq idarəsinin rəisi Məhəmməd Bərra Şükri ilə görüşmüşdü.