Bu ilin yanvar-fevral aylarında Azərbaycan 10,929 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,4 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 36,154 milyon ABŞ dolları dəyərində gübrə ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 71,8 % çoxdur.
Ötən il gübrə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,26 %-ni, ixrac isə ümumi ixracın 0,76 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.