24 mart 2025 09:06
181

Ən güclü geomaqnit qasırğası...

Yerdə bu gün ilin əvvəlindən ən güclü geomaqnit qasırğası başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutundan daha əvvəl Günəşdə partlayış baş verdiyi bildirilib. Alimlərin ehtimalına görə, maqnit qasırğası bazar ertəsi günortadan səngiməyə başlayacaq.

Qeyd edək ki, belə hallarda insanlarda ürək bulanması, güclü ürək döyüntüsü, ümumi halsızlıq və baş ağrıları müşahidə oluna bilər.