24 mart 2025 14:41
186

Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışına qatılıblar

Azərbaycanın qadınlardan və gənc qızlardan ibarət cüdo millisinin 12 üzvü Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Toplanış aprelin 5-6-da Xorvatiyanın Dubrovnik şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokuna, aprelin 12-13-də İtaliyanın Linyano şəhərində baş tutacaq gənclər arasında Avropa Kubokuna hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, ötən gün startı verilən hazırlıq prosesi martın 26-na qədər davam edəcək.