Azərbaycan - Belarus matçında ilk hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıb.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.
***
Azərbaycan - Belarus matçında hesab açılıb.
“İki sahil” xəbər verir ki, Pavel Zabelin 59-cu dəqiqədə Belarus millisini önə çıxarıb - 1:0.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçı gürcüstanlı hakim Aleko Aptsiauri idarə edir.
***
Azərbaycan - Belarus matçında ikinci qol vurulub.
Nikita Demçenko 78-ci dəqiqədə Belarus millisinin ikinci qolunu vurub - 2:0.
***
Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.
“İki sahil” xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.