29 mart 2025 13:38
188

Abbas Abbasov: Müstəmləkə rejimlərinə qarşı mübarizəni dəstəkləməyə davam edəcəyik

Bakı Təşəbbüs Qrupu (BTQ) müasir dünyada müstəmləkəçiliklə bağlı problemlərin müzakirəsi və həlli üçün platforma təqdim etməyə həmişə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, təşkilat beynəlxalq platformalarda siyasi məhbuslara və müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək verməyə davam edəcək.