26 mart 2025 13:23
211

Bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir - DİQQƏT

Nərimanov rayonu, Atatürk prospekti ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

“İki sahil” xəbər verir ki,  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, bu səbəbdən metronun “Gənclik” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə fasilələrlə məhdudiyyət tətbiq edilir.